Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görmüşdü.
Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib.
Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların viral olması zəmin yaradıb. Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb.
İfa TikTok-da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur.
Onu da bildirək ki, sənətçilərin bundan başqa “Şəhidlər” adlı dueti də var.
VİDEO
скачать dle 12.1