Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur.
Bu barədə "BMJ Oncology" jurnalında araşdırma dərc olunub.  
Nəşr qeyd edir ki,  ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika, Avstraliya və Qərbi Avropada 50 yaşdan aşağı xərçəng xəstələrinin sayının kəskin artdığını göstərir.
“Xəstələr getdikcə cavanlaşır. Bu, ətraf mühitdə, yeməyimizdə, dərmanlarımızda və ya hələ təyin etmədiyimiz bir şey ola bilər", jurnal araşdırmaya istinadən yazıb.  
Məqalədə deyilir ki, bu, tibb mütəxəssislərini çıxılmaz vəziyyətə salır. Həkimlər səbəblərin həyat tərzinin dəyişməsində - qeyri-kafi fiziki aktivlik, çoxlu sayda yüksək emal olunmuş qidalar, yeni toksinlərin, mikroplastiklərin meydana çıxması və obez insanların sayının artmasında olduğuna şübhə edirlər. Eyni zamanda, mütəxəssislər piylənmə və həyat tərzinin vəziyyəti tam izah edə bilməyəcəyinə diqqət çəkirlər.
скачать dle 12.1