Seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasına çalışırıq. Müxtəlif qurumlarla həyata keçirdiyimiz maarifləndirmə tədbirlərinin də məqsədi budur və bu format ilkdir.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
MSK sədri qeyd edib ki, Azərbaycanda keçirilən seçkiləri daxili aktorlarla yanaşı xarici təşkilatlar da izləyirlər:
"Qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir. Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Hesab edirəm ki, seçkiyə qədər bu rəqəm 50 minə yaxınlaşacaq".
M.Pənahov əlavə edib ki, artıq beynəlxalq qurumlar da Azərbaycanın seçki prosesi ilə bağlı böyük yol qət etdiyini bildirirlər.
O, Ombudsman Aparatı ilə keçirilən tədbirin də çox əhəmiyyətli olduğunu vurğulayıb: "Ombudsman Aparatından gözləntilərimiz çoxdur. Kiminsə haqqı pozulsa, Ombudsman müdaxilə etməlidir. Bunu gizlətməyə ehtiyac yoxdur. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik".
"Müşahidəçilərin sayı 50 minə çatacaq" - Məzahir Pənahov
12
yanvar
10:33

Qarabağ
KOMMENTLƏR
"İndiyədək 14 min 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib" - MSK sədri
Məzahir Pənahov: Prezidentliyə namizədliyin qeydə alınması üçün 7 nəfər sənədləri təqdim edib
Növbədənkənar prezident seçkilərində Xankəndidə səs verəcək seçicilərin sayı açıqlanıb
MSK sədri: “Budəfəki seçki yüzilliklərə düşən seçki olacaq”
Azad edilən ərazilərdə seçki məntəqələri yaradıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat