2023-cü ildə "Bakı Metropoliteni" QSC 219 milyon 452 min 134 sərnişin daşıyıb ki, bunun da 6 milyon 248 min 588-i və yaxud 2,85 %-i güzəştli şərtlərlə daşınıb.

Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, ötən il orta hesabla gün ərzində 601 min 239 sərnişinə xidmət göstərilib. Ən çox sərnişin noyabrın 24-də daşınıb – 867 min 674 nəfər. Bu isə Bakı metrosunun tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir.скачать dle 12.1