İşə düzəltmək və pensiya təyin edilməsi adı altında çoxsaylı vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri nəzarətə götürülərək cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib və istintaqın gedişində ayrı-ayrı istintaq qurumları tərəfindən başlanmış dələduzluq faktları üzrə başlanmış 8 cinayət işi bir icraata birləşdirilib.
İstintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan rayon bölməsinin sabiq sədri Ülviyyə Balayeva və Azərbaycan Respublikası Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Ülviyyə Balayeva və İbrahim Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İşə düzəltmə və pensiya təyin etmə ilə bağlı dələduzluq faktlarının istintaqı yekunlaşıb
12
yanvar
13:22

Qarabağ
KOMMENTLƏR
Şöbə müdirinin cinayət işinin ibtidai istintaqı tamamlandı
Ədliyyə Nazirliyinin şöbə rəisi 90 min manat mənimsəyib - İTTİHAM
Xəstənin ölümünə səbəb olan cərrahın məhkəməsi başlayır
Sabiq Bələdiyyə sədri 1,8 milyon manatlıq torpağı ələ keçirməyə CƏHD EDİB
Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər