Bu gecə Almatadan-Bakıya olan aviareysdə (AZAL) bədbəxt hadisə baş verib.
Bu barədə News24.az-a hadisə şahidi məlumat verib.
Hadisə şahidi bildirib ki, Almata saatı ilə 03:15 olan reys 03:25-də qalxıb.10 dəqiqə gecikmənin səbəbi yaşlı (50+) qadının həkim tərəfindən uçuşa buraxılmaması olub: “Sərnişin israrla uçacağını bildirdi və ərizəyə qol çəkərək məsuliyyəti öz üzərinə götürdü. Uçuşdan 40 -50 dəqiqə sonra qadınının halı pisləşdi və pilot hava gəmisini Daşkənd hava limanında endirməyə qərar verdi. Ancaq təyyarə enənə qədər qadın canını elə təyyarədəcə tapşırdı. Daha sonra cənazəni salondan götürdülər və uçuş davam etdi. Azərbaycan vətəndaşı olduğu bildirilirdi. Amma əsas məqam təyyarə bələdçilərinin qadının həyatda qalması üçün bütün bacarıdıqlarını etdilər. Şəxsən mən bu qədərini gözləmirdim. Ürək masajı, süni nəfəs…Dayanmadan 5 bələdçi onu həyata qaytarmağa çalışdı, amma heyif…. Qadını xilas etmək mümkün olmadı".
Azərbaycanlı qadın AZAL-ın təyyarəsində öldü
13
yanvar
14:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat