Azərbaycan səfərindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Bakisesi.com" xəbər verir ki, Ərdoğan terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, terror təşkilatı hələ də gecikdirmə taktikalarını davam etdirir.
"Suriyanın ərazi bütövlüyü, unitar quruluşu və milli birliyi mütləq qorunmalıdır. Daha əvvəl də bildirmişdik ki, əldə olunan razılaşmanı alqışlayırıq. Bununla belə, Suriya Demokratik Qüvvələrinin hələ də gecikdirmə taktikasını davam etdirdiyini görürük. Onlar bundan əl çəkməlidirlər. Qəbul edilmiş qərarların icrasını çox diqqətlə izləyirik. Vacib olan odur ki, verilən vədlərə uyğun olaraq həyata keçirilir. Şükürlər olsun ki, terrorsuz Türkiyə prosesində heç bir problem, sıxıntı yoxdur. İnkişaflar müsbət istiqamətdə davam edir.
İnşallah Terrorsuz Türkiyə məqsədimizə çatarıq. Nə etsək də, ölkəmiz, Türkiyə üçün edirik. Nə etsək də, millətimizin əmin-amanlığı, təhlükəsizliyi üçün edirik. Biz heç vaxt millətimizi narahat edəcək heç bir danışıqlara getməzdik. Biz millətimizə güvənirik, qardaşlıq gücünə güvənirik”.
"Biz qardaşlıq gücünə güvənirik" - Ərdoğan
29
may
14:30

Qarabağ
KOMMENTLƏR
Türkiyə Prezidenti: "Terrorçular artıq bizim üçün təhdid mənbəyi deyil"
Türkiyə Prezidenti: Türk Dövlətləri Təşkilatı hər gün güclənsə də, hələ də arzu edilən səviyyəyə çatmayıb
"Türkiyə Suriya sərhədində 30 kilometrlik fərqi bağlayacaq" - Ərdoğan
"Suriyada anti-terror əməliyyatları davam etdiriləcək" - Türkiyə prezidenti
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat