"Marketdən bir litr süd alıb, nəvəm üçün sıyıq bişirməyə pulum olmur. Anamın pensiya kartını girov qoyub, əldən sələmlə pul götürmüşəm”.
Bunu meyxanaçı Samirə Yusifqızı deyib.
Pandemiya ilə əlaqədar toylara getməyən Samirə açıqlamasında aylardır maddi durumunun ağır olduğunu bildirib:
“Beş banka kredit borcum var. Gedib həmin banklarda qrafik açdırmışam, borc qalıb yerində, ancaq aya 300 manat faizləri ödəyirəm. Gözümüzü anamın pensiya kartına dikmişdik, onu da girov qoyub, əldən sələmlə pul götürmüşəm.
Marketdən bir litr süd alıb, nəvəm üçün sıyıq bişirməyə pulum olmur.
İşləyən adam bilir ki, heç olmasa, ayın axırı maaşını alıb yeməyinə verəcək. Gəlirim yalnız toydan idi, toylar da bilinmir haçan olacaq. Külfətik, işləmirəm, oğlum, qızım da işləmir, heç yerdən bir qəpik gəlmir, o verilən 190 manat da bizə düşmədi. Nə gizlədim, çox ağır durumdayam. Az qalıram havalanım. Yaxşı dostların canı sağ olsun, arada bir az ərzaq alıb göndərirlər, o da nə vaxta qədər olacaq? Vəziyyətim çox ağırdır”.
“Anamın pensiya kartını girov qoyub, sələmlə pul götürmüşəm” - Meyxanaçı Samirə
30
noyabr
13:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat