Ekstrassens, “İnstagram” fenomeni kimi tanınan Bayram Nurlu anasının doğum gününü təbrik edib.
Yenisabah.az xəbər verir ki, anası ilə görüntülərini paylaşan Bayram illər əvvəl çox maddi sıxıntı yaşadığını açıqlayıb:
“Düz 12 il bundan öncə bu gün anam çox xəstə idi. Çox kasıb idik, anamın ad gününü keçirə bilmirdik. Ona tort ala bilməmişdik deyə o qədər ağlamışdım ki… Uşaq idim, bir malım var idi, onu satıb anamı müalicə etdirirdik. Elə bilirdim o ili anama nə isə olacaq, səhərə qədər ağladım. Çox şükür dualarımız anamı sağaltdı və bu gün anam yanımda, başımın tacıdır. Mənim gözəl, sadə, təmiz qəlbli anam, ad günün mübarək, yüz yaşa! Çox çətinliklər çəksən də hər zaman gülüş, təbəssüm üzündən əksik olmur. Allah bütün anaları qorusun, içində də mənim anamı”.
O, anasının vaxtilə xadiməlik edərək övladlarını böyütdüyünü qeyd edib:
“Şərt o deyil ki, ananıza lüks həyat yaşadasınız, onları xoşbəxt etməkdən ötrü onlara dəyər verin. Kiçik bir işiniz olanda belə onların məsləhətini alın. Bir övlad kimi valideynlərimizə dəyər verək, onlarsız həyat heç nədir. Mən çox xoşbəxtəm ki, bu gün anam yanımdadır. Ona xoş gün yaşatmağa çalışıram, o bizi xadiməlik edərək böyüdüb və işini də hər zaman sevərək görüb. Hər bir çətin günün sevincli günü də varmış. Nə yaxşı ki, mənim anamsan”.
Həmin görüntüləri təqdim edirik:
“Bir malım vardı, satıb anamı müalicə elətdirdik” + Video
30
noyabr
14:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat