Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarına dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. O bildirib ki, komissiya üzvləri artıq Cəbrayıl və Füzuli rayonlarına dəymiş ziyanı müəyyənləşdirib: "Cəbrayıl rayonunda Cocuq Mərcanlı kəndində 47 evə ziyan dəyib. Onlardan 41-i fərdi ev, 3-ü sahibkarlıq obyekti, 1-i məktəb, 2-si isə inzibati binadır. Cəbrayıl rayonunda tam dağılan ev yoxdur, amma təmirə ehtiyacı var.
Füzuli rayonunun işğal edilməyən hissəsində azərbaycanlıların yaşadığı 348 fərdi evə baxış keçirilib ki, onlardan 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, rayon ərazisində məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə də ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyektə ziyan dəyib, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub". (Trend)
Füzuli və Cəbrayıla dəymiş ziyan müəyyənləşib
02
dekabr
19:23

Qarabağ
KOMMENTLƏR
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
Erməni təxribatı nəticəsində əhaliyə dəymiş ziyan hesablanır
Ermənilər indiyədək Tərtərə 15 700 top atıb
“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat