Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.
Bunu B. Kərimovun atası Yaşar Kərimov bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub. Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.
Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.
Qeyd edək ki, B. Kərimov Şuşa uğrunda döyüşlərdə yaralandıqdan sonra əsir düşüb. B. Kərimov ailəlidir, bir azyaşlı oğlu var.
Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən azərbaycanlılardan Amin Musayev ailəsinə məktub göndərib. (APA)
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
06
dekabr
13:02

Qarabağ
KOMMENTLƏR
“Qızıl Xaç“ Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO
Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya
Əsirlikdəki əsgərimizin anası danışdı: “Dedi Şuşaya gedirəm...”
Görüntüləri yayılan əsir əsgərlərimizdən nə xəbər var?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat