Yeni Günəşli V yaşayış massivinin sakinləri istilik problemi ilə əlaqədar “MediaPost”a şikayət ünvanlayıb.
Sakinlər bildiriblər ki, artıq 3 ildir, sözügedən ərazidə bir binada bəzi evlərdə istilik olsa da, bəzilərində yoxdur və ya istilik zəifdir.
Vətəndaşlar dəfələrlə müraciət etmələrinə baxmayaraq problemin həll edilmədiyini söyləyiblər.
"Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev “MediaPost”a açıqlamasında problemin müxtəlif səbəblərdən qaynaqlana biləcəyini deyib:
“Qazanxanadan bütün binaya bir xətt gəlir. Ola bilsin ki, kiminsə mənzilində xətti bir tərəfdən ya bağlayırlar, ya sistemə hava düşür, ya da xətti kəsiblər. Bir binada hansısa mənzillərdə istilik yoxdursa, deməli, istilik olmayan dayaqda problem var. Ehtimal edilir ki, qonşu başqa yerə gedib, evinə su axmasın deyə radiatorun üstündəki ventili bağlayıb. Digər bir səbəb də polad boruların köhnə olması ilə bağlı ola bilər”.
R.Əliyevin sözlərinə görə, əslində, bu problemlər mənzil istismar sahələri tərəfindən araşdırılmalıdır:
“Qanunla bu məsələni binanın mülkiyyətçisi, yəni mənzil istismar sahəsi həll etməlidir. Amma bu gün mənzil istismar sahələri bunu etmədiyinə görə, abonentlərin istilik alması xatirinə biz mütəxəssislərimizi göndəririk ki, gedib onlara texniki cəhətdən dəstək olsunlar.
V massivində 31 yaşayış binası var. Yaxşı olardı ki, şikayəti olan sakinlər dəqiq ünvanı “Azəristilik” ASC-nin 956 çağrı mərkəzinə zəng vurmaqla desinlər ki, mütəxəssislərimiz gedib baxa bilsin”.
"Bir binanın yarısında istilik var, yarısında yox" - Sakinlərdən narazılıq
07
dekabr
16:37

Qarabağ
KOMMENTLƏR
Camaatı soyuqdan qıran kimdir? - İki dövlət qurumu günahı bir-birinin üstünə atır
“Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: - “Əlavə pul yığır”
“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...
Bəzi ərazilərdə istilik mövsümü niyə gecikir? - AKTUAL
Bakıda bu tarixdən istilik sistemləri işə salınır - Rəsmi açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat