Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının onlayn formada ilk iclası keçirilib.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin Fondun gələcək hədəflərindən söz açılıb.
Himayəçilik Şurasının üzvləri də öz növbəsində cari məsələlər və təkliflərini diqqətə çatdırıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Abdullayev Çingiz Akif oğlu
Alızadə Sevinc Əsgərxan qızı
Aslanov Novruzəli Davud oğlu
Aşina Məsud
İbrahimov Mənsum İsrafil oğlu
İsgəndərov Anar Camal oğlu
Qasımov Balakişi Ələkbər oğlu
Novruzov Cahangir Mütəllib oğlu
Ramaldanov Şair Ramaldan oğlu
Səfərəliyeva Rəna Teymur qızı
Zəkiyev İlham Əzizağa oğlu.
“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirildi
09
dekabr
10:55

Qarabağ
KOMMENTLƏR
“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
Yeni fond şəhid ailələri və qazilərin kredit borcunu həll edəcək - Detallar açıqlandı
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat