Bakıda keçiriləcək paradla bağlı sabah paytaxtda bu yollar bağlı olacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumatda bildirilir ki, texnikaların hərəkəti və hərbi yuürüş Nobel prospektindən başlayaraq Ağ Şəhər bulvarına bitişik ərazidən keçərək Dəniz vağzalı, Azadlıq meydanı, Dənizkənarı bulvar boyu, Neftçilər prospekti, Azneft meydanı, Bayıl qəsəbəsi və Bibiheybət məscidi istiqaməti üzrə nəzərdə tutulub.
Keçirilən tədbirin təhlükəsizliyinin təmini, parad iştirakçılarının sərbəst hərəkətinin təşkil edilməsi məqsədilə Azadlıq meydanı istiqamətinə paralel və kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur.
Bağlı olacaq yolların siyahısı:
1.Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar dairəvi yol istiqamətinə;
2.Bayıl qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə;
3.Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə;
4.M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə;
5. Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə;
6.A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əli8yev, F.Bayramov və Y.Səfərov küçəsi ilə kəsişmədən 10-cu zavod dairəsinə;
7.Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqaməinə;.
8. 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Füzuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.
Sabah Bakıda bu yollar tam bağlı olacaq - Siyahı
09
dekabr
12:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat