Cəlilabad rayonunun girişində qurulmuş stasionar postda rayon ərazisinə daxil olmaq istəyən sürücülərdən birinin koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, müvafiq yoxlama zamanı Cəlilabad rayonu ərazisinə daxil olmaq istəyən Biləsuvar rayonunun Xırmandalı kənd sakini C.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.
Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxsə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq edilib və polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılması təmin olunub.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.
Koronavirus xəstəsi karantin postundan keçməyə cəhd etdi
09
dekabr
12:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat