“Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa bina belə tapılmayıb. Bütün şəhərlər dağıdılıb, bütün kəndlər yerlə yeksan edilib, qəbiristanlıqlar, məscidlər belə dağıdılıb”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Ermənilərin bəziləri hər şeyi dağıtdığı kimi, tarixi-mədəni varlıqları və təbii ki, zənginlikləri də yağmalayıblar. Bütün bunların bədəli ödənilməlidir. Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan əraziləri hədəf alınıb. 100 mülki vətəndaş şəhid edilib, analar uşaqsız, uşaqlar valideynsiz qalıb. Hücumlar nəticəsində 416 qardaşımız yaralanıb. Müharibə hüququ ağır şəkildə pozulub, insanlıq şərəfi tapdalanıb. Bunları görməzdən gələnlərin gözləri qədər vicdanları da korlaşıb. Bunun hesabını almaq boynumuzun borcudur”, - o bildirib.
Ərdoğan ermənilərin kəndlərimizi dağıtmasından DANIŞDI
10
dekabr
14:51

Qarabağ
KOMMENTLƏR
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
"Onları cəbhəyə göndərən anaların əllərindən öpürəm" - Türkiyə Prezidenti
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
“Bu Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq" - Ərdoğan
Diplomatlar Füzulidəki vəhşiliyin şahidi oldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat