Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyində günəş kimi parlayıb, qüdrətli dövlət xadimi kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub.
Bu sözlər YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən dahi lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən...” adlı videokonfransda səsələndirilib.
Videokonfransı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi böyük Zəfər münasibəti ilə iştirakçıları təbrik edib.
Naqif Həmzəyev Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbədən söz açaraq, bu günümüz üçün Ulu Öndərə, Onun layiqli davamçısı Prezidentimiz İlham Əliyevə borclu olduğumuzu qeyd edib: Bu böyük qələbəni bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezidentimiz İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Videokonfransda YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, YAP Gəncə şəhər təşkilatının sədr müavini Elnur Həsənov, Gəncənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən ağsaqqallardan Mobil İmanov, xalq artisti Şahnaz Haşımova, YAP Gəncə Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri Cavid Bağırzadə, ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov və digərləri çıxış edərək, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən ətraflı bəhs ediblər.
Natiqlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildiriblər. Azərbaycanın bugünkü inkişaf yolundan, möhtəşəm qələbəsindən danışan tədbir iştirakçıları xüsusi ilə qeyd ediblər ki, ölkəmizin bu günkü inkişafı, zəfəri, qələbəsi ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsində əldə edilib.
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb - Video
11
dekabr
11:33

Qarabağ
KOMMENTLƏR
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
SOCAR-ın prezidenti Rövnəq Abdullayevdən Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevə qarşı böyük hörmətsizlik-ŞOK VİDEO
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat