Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması xəbəri ölkədə çox böyük sevincə səbəb oldu. Azərbaycan xalqı 200 ildən artıq idi ki, torpağının geri alınması xəbərini eşitmirdi. 

Bu gün İlham Əliyev Azərbaycan xalqının Atatürküdür. Ermənilər İlham Əliyevin bu gün əldə etdiyi qələbəsini və onlara verdiyi dərsi 1000 il keçsə belə unutmayacaqlar. Hər bir xalq özünün tarixi şəxsiyyətləri ilə dünyada tanınır.  



Dünya tarixinə mərhum ümümilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın müstəqiliyini xilas edən və onu bu günə qədər yaşadan tarixi şəxsiyyət kimi düşüb! Bu gün də onun davamçısı İlham Əliyev  Azərbaycan torpaqlarını 30 il erməni işğalından azad edən görkəmli şəxsiyyət kimi düşür!" Bu fikirlər "Lider" televiziyasının "Səda Plus"un həftəsonu canlı yayımlanan verlişində qeyd edilib. 

Xatirladaq ki, verlişin aparıcısı BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı olub. Verlişin qonaqları Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və hüquq müdafiəçisi Cingiz Qənizadə olub.
скачать dle 12.1