Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir.
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əskini tapıb.
Qanun layihəsinə əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.
Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.
Məlum olduğu kimi, Mülki Məcəllə 2000-ci ildən qüvvəyə minib və qanunvericilikdə əmanətlərin icbari sığortalanmasına dair tələb müəyyən edildikdən sonra nəzarət zərfi dövlətə məxsus banklar üzrə Azərbaycan dövlətinin subsidiar məsuliyyəti aradan qaldırılmayıb.
Öhdəliklər üzrə subsidiar məsuliyyət müəyyən edən Mülki Məcəllənin 453-cü maddəsinə əsasən, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir
11
dekabr
11:58

Qarabağ
KOMMENTLƏR
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
Azərbaycanda əmanətlər necə qorunacaq? – Qanun qüvvədən düşür (ŞƏRH)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi