Əhali arasında qızdırmasalıcı preparat kimi və vitamin əvəzinə antibiotiklərdən çox istifadəni müşahidə edirik. Təəssüf ki, bu hal çox geniş yayılıb.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, antibiotiklər çox ağır dərmanlardır, xəstələrin onlardan ev şəraitində istifadə etməsi qəti şəkildə yolverilməzdir.
N.Mustafayeva bildirib ki, profilaktik məqsədlə antibiotikdən istifadə edilməməlidir. Qızdırmanın olması da antibiotikdən istifadə üçün göstəriş deyil. Antibiotiklərdən istifadə etmək üçün qan analizi və digər müayinələr aparılmalı və buna ehtiyacın olması sübuta yetirilməlidir. Biz bununla xəstənin antibiotikə olan ehtiyacını təyin etməliyik ki, bu preparatı nə zaman və hansı dozada istifadə edə bilərik”.
N.Mustafayeva qeyd edib ki, antibiotikdən yersiz istifadə edilərsə, ehtiyac yaranan zaman həmin preparatdan istifadə səmərə vermir: “Antibiotikdən lazımsız yerə istifadə edildiyi zaman xəstədə ona qarşı davamlılıq yaranır. Buna görə də antibiotikə həqiqi ehtiyac yaranan zaman ondan istifadə edə bilmirik və xəstələri itiririk”.
Antibiotikdən ev şəraitində istifadə etməyin - TƏBİB-dən çağırış
12
dekabr
12:22

Qarabağ
KOMMENTLƏR
Koronavirusdan sağalan insan təkrar bu xəstəliyə yoluxa bilərmi?
TƏBİB-dən evdə müalicə olunan COVİD-19 xəstələrinə XƏBƏRDARLIQ
Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
DİQQƏT! Azərbaycanda virusla bağlı vəziyyət gərginləşir - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat