Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.
Nazirlikdən verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.
Bunun üçün əlavə icazə almaq tələb olunmur. Müvafiq icazəsi olmayan şəxslərin isə həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət daşıyır.
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMA
12
dekabr
23:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat