"Biz həkim kimi bu gündən tətbiq edilən sərtləşdirilmiş karantin rejimi qaydalarına vətəndaşların riayət edəcəyinə ümid edirik. Çünki virusun geniş yayılmasının qarşısının alınması qoyulan qaydalara əməl etməklə mümkündür. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gündən qüvvəyə minən qərarı təkcə vətəndaşların sağlamlığının qorunması üçün deyil, bu qərar həm də səhiyyəmizin və tibb müəssisələrinin yüklənməsinin qarşısını alacaq. Beləliklə, biz yeni qərarla dövlətimizin səhiyyəmizi xilas etdiyinin şahidi oluruq".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, hər kəs fərdi şəkildə bu dəfə də tətbiq edilən bütün qaydalara ciddi riayət etməli və məsuliyyətlərini dərk etməlidir:
"Aylar əvvəl - virusun hələ bu qədər geniş vüsət almadığı vaxtlarda hər hansı bir tanışımızın virusa yoluxması barədə xəbərləri eşidirdiksə, indi artıq gündən-günə çoxalan ölüm hallarını müşahidə edirik. Ona görə də qaydalara əməl etməyənlər virusun yayılmasına və ölüm hallarının baş verməsinə şərait yaradanlardır".
Azərbaycanlı alim bildirib ki, bu gün ailədaxili virusa yoluxma hallarının artdığı da müşahidə olunur:
"Hələ virusun yayıldığı ilk aylarda ailələrarası gediş-gəlişin dayandırılması ilə bağlı dəfələrlə vətəndaşlara müraciətlərim olub. Amma təəssüflər olsun ki, müşahidələrim insanların bunu başa düşmədiyini və ya başa düşmək istəmədiyini, nəticədə əməl etmədiyini göstərir. Təbii ki, bizim əhali qonaqpərvərdir, qonaq getmək və qonaq qəbul etmək Azərbaycan xalqının milli mentalitetindən irəli gələn xüsusiyyətlərdəndir. Amma unutmayaq ki, virusdan yan keçmək üçün bu günlərdə yeganə xilas yolu zəruri ehtiyac olmadığı təqdirdə evdən çıxmamaqdır, canlı ünsiyyəti sıfra endirməkdir. Bunun üçün də qarşıdan gələn bayram günlərini də nəzərə alaraq ailələr arası görüşlərdə insanların say etibarı ilə iştirakına mütləq məhdudiyyət qoyulmalı və əməl edilmədikdə cəzalar tətbiq edilməlidir. Mən tibb mütəxəssisləri və gecə-gündüz virusla mübarizə aparan həkimlərimiz adından da qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində də insanları bir-birinin evinə qonaq getməkdən çəkinməyə və ehtiyac olarsa virtual bayramlaşmağa çağırıram. Hazırda insanların yaşayış yerini icazə əsasında tərk etməsi ilə bağlı sistem bu gündən fəaliyyətə başlayıb. Ümid edək ki, insanlar bu qadağanın mahiyyətini dərk edəcək və sui-istifadə hallarına yol verməyəcək. Çünki bəzən bina daxilində insanlar ailəvi şəkildə bir-birinin evinə qonaq gedirlər və yaxud SMS icazə alaraq kənar yerlərə qonaq gedirlər. Nəticə etibarı ilə də bir adamın evinə iki fərqli ailə eyni zamanda qonaq gələrsə o zaman yoluxma halları ciddi karantin rejimi tətbiq edilməzdən əvvəlki kimi olacaq. Ona görə də vətəndaşlar qonaqgetmə mərasimlərini də mütləq olaraq təxirə salmalıdırlar. Bir daha vurğulayıram ki, bu cür hallara yol verənlər də məsuliyyətə cəlb olunmalıdırlar".
Ciddi karantin rejimindəki məhdudiyyətlərə əlavələr mütləqdir - TƏKLİF
14
dekabr
11:04

Qarabağ
KOMMENTLƏR
“Bundan daha pis nəticələr görməmək üçün...” - Azərbaycanlı alim
Operativ Qərargahdan maska ilə bağlı əhaliyə MÜRACİƏT
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat