Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3112 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 178986 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 1966 nəfər vəfat edib, aktiv xəstə sayı 62179 nəfərdir.
скачать dle 12.1