Əgər xəstədə koronavirus xəstəliyinin gedişatına əlavə olaraq bakteriya qoşulubsa, antibiotik istifadə edilməlidir. Lakin bakterial infeksiya yoxdursa, antibiotik müalicəyə kömək etmir, bu, əksinə, orqanizmə ciddi zərər verə bilər.
Bunu Azərbaycan Tibb Universitetinin həkimi Aydın Əliyev deyib.
Onun sözlərinə görə, xəstəyə antibiotikin lazım olub-olmadığı müvafiq qan, yaxma və bəlğəm analizləri ilə təyin edilir. Bunlar olmazsa, yalnız ixtisaslaşmış həkim COVİD-19-un müalicəsi üçün antibiotikin lazım olub-olmadığını müəyyən edərək onu xəstəyə təyin edə bilər.
Həkim qeyd edib ki, yanaşı xəstəliyi olmayan yüngül COVİD-19 xəstələrinə sistem köçürmək lazım deyil, çünki bu xəstələr maye içə bilirlər:
"Hazırda əksər xəstələrin orqanizmi özlərinin və savadsız həkimlərin səhvləri ucbatından həm virusla, həm antibiotiklə, həm hormonal preparatlarla, həm hipervitaminozla, həm də lazımsız sistemlərlə mübarizə aparır! Lazımsız yerə orqanizmi bu qədər yükləyib məhv etməyin! Antibiotiklər çox ağır dərman preparatlarıdır! Deksametazon isə çox güclü hormonal preparatdır! Təəssüf ki, lazım olmadığı halda bu preparatlardan istifadə edib öz xəstəliyini ağırlaşdıran, hətta həyatını itirən çox insanlar var. Göstəriş olmadan bu dərmanları hər hansı formada qəbul etmək çox ciddi fəsadlara gətirib çıxarır! Özünüzü məhv etməyin!". (Trend)
Əksər xəstələr virusla sistemsiz mübarizə aparır - Həkimdən xəbərdarlıq
17
dekabr
10:14

Qarabağ
KOMMENTLƏR
Bu şəxslərin testi 3 ay pozitiv çıxa bilər – XƏBƏRDARLIQ
TƏBİB-dən evdə müalicə olunan COVİD-19 xəstələrinə XƏBƏRDARLIQ
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat