“Bizdə COVİD-lə bağlı tətbiq edilən məhdudiyyət Türkiyədən betərdir. Bizdə insanlar SMS-lə küçəyə çıxırlar”.
Bunu Milli.Az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.
O bildirib ki, Yeni il ilə əlaqədar Türkiyədə tətil günlərində tətbiq ediləcəyi nəzərdə tutulan qadağaların Azərbaycanda da tətbiqinə ehtiyac yoxdur:
"Bir ildir ki, insanlar SMS-lə küçəyə çıxırlar. 2-3 saat icazə verirlər. 2 saat müddətində insanlar, onsuz da, evindən uzağa gedə bilməz axı, hara gedəcəklər ki?! SMS rejimi Türkiyədə dekabrın 31-də yerli vaxtla saat 21.00-dan başlayaraq 4 yanvara kimi "evdə qalmaq" rejiminə uyğun küçəyə məhdudiyyətlə çıxmaq, bu müddətdə hər gün 10.00-17.00 saatlarınadək əhalinin yaşadığı yerə ən yaxın məsafədə olan marketlərdən alış-veriş edə biləcəyi qərarından da sərt karantin rejimidir. Bundan da sərti ola bilməz axı.
Türkiyədə yayda toylara icazə verdilər, orada yayda ad günlərini qeyd etməyə icazə verdilər. İnsanlar çimərliklərə getdilər, istirahət etdilər. Bizdə yayda heç o da mümkün olmadı axı. Bizdəki koronavirusla bağlı vəziyyətlə Türkiyədəki eyni deyil. Türkiyədə 10 günlük, 20 günlük, 5 günlük sərt karantin tətbiq edirlər, sonra ləğv edirlər. Amma bizdə insanlar 9 aydır ki, sərt karantin rejimində yaşayırlar. Dünyanın heç bir yerində bu qədər sərt karantin rejimi olmayıb. Və nəticəyə baxaq, virusun yoluxmasına görə 220 ölkə içərisində Azərbaycan 45-ci yerdədir. Ona görə ki, insanlarda kollektiv immunitet yaranmır. Çünki insanlarda istirahətlə, çimərliklərlə əlaqədar D vitamini yaranmadı.
İqtisadiyyata nə qədər ziyan dəyir. Bütün dünya ölkələrində sərt karantin rejimi 3 gün, 40 gün, 2 ay tətbiq olunur. İtaliya İtaliyadır ki, koronavirusun ən ağır dövründə bir aydan sonra hər yumşalmaya getdi, hər yer açıldı".
Yeni ildə bizi yeni qadağalar gözləyir?
17
dekabr
13:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat