Sosial şəbəkələrdə "Whatsapp" istifadəçilərinə qarşı kiber təxribatlar olduğu barədə məlumatlar yayılır. Təxribatlar nəticəsində istifadəçilərin hesabı oğurlanır, yəni ələ keçirilir.
Texnobloger Fərid Pərdəşunas prosesin necə baş verməsini izah edib. "Təxribatı törədən şəxs sizin nömrəniz ilə başqa telefonda "whatsapp"dan qeydiyyatdan keçir. Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir.
Üstündən az bir müddət keçməmiş sizin "whatsapp" nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, "əlim dəydi səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa o kodu mənə göndərə bilərsiniz?".
Beləliklə siz o kodu göndərən zaman, qarşı tərəfə öz hesabınızı öz əllərinizlə vermiş olursunuz. Bura qədər hər şey bəsitdir. Kim bunu edər deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin "whatsapp"ı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım, bəs sənə kod göndərdim, əlim dəydi səhvən. Onu mənə göndər.
Məsələn, əgər mənim hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər. Bu məşhur sosial mühəndislik nümunəsidir. Hazırda zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm", - F.Pərdəşunas bildirib. /Milli.az
“Whatsapp” istifadəçilərinin diqqətinə
18
dekabr
09:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat