Parlamentin bu gün keçirilən iclasında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hüquqi və vəzifəli şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması məsələsi müzakirə edilir.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, cərimələrin artırılmasının effektiv olacağını düşünmür:
“Bu gün hüquqi şəxslərin böyük əksəriyyəti iflas vəziyyətindədir. Restoranlar işləmir. Xaricdən mal idxal olunmur. Ona görə də cərimələrin artırılmasını effektiv hesab etmirəm”.
Deputat Razi Nurullayev də hüquqi şəxslərlə bağlı cərimələrin artırılmasının tərəfdarı deyil: “ Biz əvvəlcə ciddi xəbərdarlıq etməliyik. Qoy birinci dəfə xəbərdarlıq olunsun, sonra əməl etməsələr cərimə edilərlər. Bu istiqamətdə maariflənmə daha intensiv aparılmalıdır”. Vitse-spiker Fəzail İbrahimli bildirib ki, qanun milləti qorumaq üçün qəbul olunur: “Zəhmət çəksin hüquqi və vəzifəli şəxslər də buna əməl etsin. Necə vəzifəli şəxsdir ki, heç nəyə baxmadan kafe işlədir?”
Bu deputatlar cərimələrin artırılmasına QARŞI ÇIXDI
18
dekabr
12:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat