Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndi istiqamətindəki döyüşlərdə şəhid olan hərbçi Xəyal Məmmədovun anasının təhqir olunması ilə bağlı iddialar barədə danışıb.
O, hadisənin “Xəzər”, “Space”, “Real” telekanalları və Türkiyə televiziyalarının əməkdaşları, o cümlədən “CNN Türk”ün müxbiri Fulya Öztürkün gözü qarşısında baş verdiyini deyib:
“Müharibənin ilk günləri idi, mərmi Tərtərə yağış kimi yağırdı, biz də zirzəmi rejimində fəaliyyət göstərirdik. Əməkdaşlarımız gəldi ki, çöldə bir nəfər qadın bayrağı, dövlət atributlarını, rəhbər şəxsləri söyür, deyir “oğlumu öldürüblər”.
Çıxdım ki, ay ana, qadan alım, nədir, nə məsələdir? Qayıtdı ki, “oğlumu tələyə salıb öldürüblər”. Soruşdum ki, oğlun əsgərdir, 18 yaşlılarla gedib? Dedi, yox. Dedim, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətilə mən çağırmışam? Dedi, “yox, oğlum altı ildir ordudadır”. Dedim ki, əgər oğlun ordunu seçib, müqavilə bağlayıb, ordan maaş alıb könüllü xidmətə yollanıbsa, müharibədə ölə də bilər, yaralana da bilər, sağ qala da bilər.
Mənə dedi “bəs sənin oğlun niyə getmir?”. Cavab verdim ki, mənim oğlum 9-cu sinifdə oxuyur, çağırılanda o da gedəcək. Dedi, “sənin oğlun öləydi”. Mən də dedim ki, Allahın işidir, qismətində nə varsa, o da olacaq. Danışığımız bax beləcə olub”.
İcra başçısı deyib ki, bu məsələləri sosial şəbəkələrdə başqa cür qələmə verən, onu şişirdən parlament seçkiləri vaxtı Tərtərdən namizədliyini irəli sürmüş Tamella Qulamidir.
Müstəqim Məmmədov şəhidin yas mərasimində hələ iştirak etmədiyini deyib və bunun səbəbini də açıqlayıb:
“Doğrudur, həmin vaxt rəsmi olaraq, şəhidlərin yasında iştirak etməyə icazə verilmirdi. Çünki sürücümdə və köməkçimdə koronavirus testi pozitiv çıxmışdı deyə, mən də 2 həftəlik təcrid olundum, işə çıxmadım. Ona görə yasa getməmişəm. Şəhidin dəfni üçün nə lazımdırsa edilib, başdaşı ailənin istəyinə uyğun qara mərmərdən hazırlanıb.
Onu da qeyd edim ki, Xəyaldan başqa, 57 şəhidimiz vardı, amma heç birinin ailəsi bu cür hərəkət etmədi, hamı dedi “Vətən sağ olsun!”. Mən başa düşürəm, Xəyal evin bir oğlu olub, o ananın təhqirlərini də deyilməmiş sayıram. Dərdlidir, anadır. Etiraf edirəm ki, yasda evlərinə getməmişəm, amma bu da virusa görə idi. Digər şəhid ailələrində olmuşam. Bu yaxınlarda Xəyalgilə də gedəcəm. Yaralılarımızın, şəhidlərimizin ailələrində olmuşam. Əlimdən nə gəlibsə, kömək etmişəm. Bundan sonra da şəhid və yaralılarımızın problemləri fərdi şəkildə deyil, “YAŞAT” Fondunun dəstəyilə həll ediləcək”. /Modern.az
“Mənə dedilər ki, bir qadın rəhbər şəxsləri söyür...” – İcra başçısı şəhid anası ilə davadan danışdı
18
dekabr
12:33

Qarabağ
KOMMENTLƏR
RƏZALƏT: Fabrik şəhid anasını işdən çıxardı - “Dedim, heç olmasa, 40-ı çıxsın...”
Tərtərin başçısından şəhid anasına təhqir: “1000 manat alanda yaxşıydı…” – Video
Şəhid atası: “Son danışığında dedi ki, mənimlə qürur duyacaqsan”
28 ermənini məhv edən şəhidin atası: “Ölümünə inanmadım, elə bilirəm...” - VİDEO
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat