“Sovetlər dövründə mən Azərbaycana 14 il rəhbərlik etmişəm. 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixini çox yaxşı bilirəm. Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub. Dağlıq Qarabağa verilən muxtariyyət Azərbaycanın içinə qoyulmuş bomba idi. Nə zamansa bu bomba partlamalı idi”.
Yenisabah.az xəbər verir ki, bu barədə ulu öndər Heydər Əliyev 10 noyabr 1999-cu ildə bir qrup Azərbaycan ziyalısı ilə keçirdiyi görüşdə danışıb.
O qeyd edib ki, 1923-cü ildə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi gündəmə gətirilib:
“O vaxtkı Azərbaycan rəhbərliyi belə qərara gəliblər ki, Dağlıq Qarabağın muxtar vilayət statusunda Azərbaycanın tərkibində qalsın. Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmalı idi, amma muxtar vilayət kimi deyil. 1923-cü ildə Dağlıq Qarabağa verilən muxtariyyət Azərbaycanın içinə qoyulmuş bomba idi. Nə zamansa bu bomba partlamalı idi. 1967-ci ildə Xankəndi şəhərinin düz ortasında 3 nəfər azərbaycanlını avtomobildən yerə yıxıb üzərlərinə benzin töküb yandırdılar. Mən Azərbaycan SSR DTK-nın sədri kimi hadisə yerinə getmişdim. 15 gün orada qalıb vəziyyəti görmüşəm”.
Ümummilli lider H.Əliyev SSRİ dövründə Dağlıq Qarabağın hər zaman xüsusi status daşıdığını, Azərbaycandan daha çox Ermənistana tabe olduğunu dilə gətirib. Bildirib ki, ölkəyə rəhbərlik etdiyi illərdə bir çox tədbirlər sayəsində bu vəziyyəti dəyişdirib:
“Ağdama qədər olan dəmir yolu xəttinin davamı olaraq 11 kilometr uzunluğunda Xankəndi dəmir yolu çəkdirdim. Həmin vaxta qədər bu 11 kilometrlik dəmir yolunun çəkilməməsi ermənilərin əlinə əsas verirdi. Orada bir neçə fabriklər tikdirdik. Azərbaycan fakültəsi də olmaq şərti ilə Xankəndində institut açdıq. Erməni və rus fakültələri də orada var idi. Bu kimi tədbirlərlə onların Azərbaycana bağlılığını müəyyən səviyyədə təmin edirdim. Mənim orada təsirim çox böyük idi. Bir faktı da sizə deyim. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunurdu. Konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev idi. Azərbaycan, mən də bu komissiyanın üzvü idik. Vaxtaşırı bu komissiyanın müzakirələri keçirilirdi. Mərkəzi Komitənin katibi, akademik Ponomaryov bu müzakirələri aparırdı, Brejnev o qədər də iştirak etmirdi. Komissiyanın Moskvada keçirilən müzakirələrindən birində iştirak edirdim. Gördüm ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair komissiyaya xeyli sayda ərizələr göndərilib. Ponomaryov ermənilərin ona verdiyi ərizələr əsasında bu məsələni komissiyanın müzakirəsinə çıxarmaq istəyirdi. Komissiyanın iclasından bir gün öncə buna nə qədər etiraz etsəm də xeyri olmadı. Getdim Brejnevin yanına vəziyyəti izah etdim və bunun yolverilməz olduğunu söylədim. Brejnev telefonla Ponomaryova zəng etdi və sözügedən məsələni komissiyanın müzakirəsindən çıxartdı”.
Ulu öndər söyləyib ki, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdləri dəfələrlə olub:
“Belə hallar çox olub. 1950-ci ildən Dağlıq Qarabağın vəziyyətini özüm görürəm. 1923-cü ildən 1950-ci ilə qədər olan tarixi də yaxşı bilirəm. 14 il Azərbaycana rəhbərlik etdiyim vaxt, 5 il də Moskvada olduğum zaman bunların hamısını görürdüm, bilirdim. Mən Azərbaycandan gedəndən bir neçə il sonra, xüsusən də 1988-ci ildən başlayaraq Dağlıq Qarabağa Azərbaycanın nəzarət etməsi yavaş-yavaş azaldı və ermənilər öz planlarını həyata keçirməyə başladılar”.
Hazırladı: Sayad HƏSƏNLİ
Xankəndidə 3 azərbaycanlını necə yandırdılar? – Təfərrüat + Video
18
dekabr
15:01

Qarabağ
KOMMENTLƏR
"Dağlıq Qarabağ Azərbaycan ərazisidir” - Putin
Fransa Parlamentinin bir qrup üzvü Dağlıq Qarabağa gəlir? - XİN-dən münasibət
Sahibə Qafarova Rusiya Federasiya Şurasında Qarabağdan danışdı - FOTO
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat