Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılıb. Karantin rejimi ilə paralel olaraq bir çox iş yerlərinin bağlanması müğənnilərin də maddi durumuna təsir edib.
Məsələ ilə bağlı danışan Xalq artisti Mənsum İbrahimov hər kəs kimi maddi vəziyyətinin yaxşı olmadığını deyib:
“Müharibəni bitirdik, indi koronavirus “müharibəmiz” davam edir. Virus artıb. Sağlamlıq çox önəmlidir, hamı öz sağlamlığının qayğısına qalmalıdır. Dövlət də buna görə lazımi addımları atır. Mən bu addımları çox təqdir edirəm.
Maddi durum hər kəsdə necədirsə, məndə də elədi. Maaşla dolanıb vəziyyətdən çıxmağa çalışırıq”.
Xanəndə əsrlər boyu Qarabağ torpağında yaşayan, qurub-yaradan Azərbaycan xalqının yenidən bu torpaqlara qayıdacağını deyib:
“Qarabağda başqa bölgələrdən olan vətəndaşlarımızın yaşamasında pis heç nə yoxdur. Bilisiniz, Vətənin o başı, bu başı yoxdur. Qarabağ uğrunda Azərbaycanın bütün bölgələrindən olan igid oğulların qanı tökülüb. Ora müqəddəsdir. Bütün xalq üçün Qarabağ müqəddəs yerdir. Sözün əsl mənasında Qarabağ Azərbaycandır. Bakıda yaşayan şəxs gedib Qubada, Daşkəsəndə, Lerikdə özünə bağ evi tikirsə, Qarabağda da bunu edə bilər. Bunun nəyi pisdir ki? Azərbaycanımızın bütün bölgələri əzizdir”.
“Mən də hamı kimi maaşla dolanıram“ - Xalq artisti
22
dekabr
13:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat