"Crystal Group of Companies" ASC sosial həmrəylik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna pul vəsaiti köçürüb.
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Hər zaman dövlətimizin sosial yardımlaşma tədbirlərində fəal iştirak edən "Crystal Group of Companies" ASC daha öncə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna pul vəsaiti köçürmüşdü. Şirkətdən bildirilib ki, sosial məsuliyyətdən irəli gələn xoşməramlı missiyanı yerinə yetirməkdən , yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin yanında olmaqdan qürur hissi duyurlar.
"Crystal Group of Companies" ASC "YAŞAT" Fonduna pul vəsaiti köçürüb
22
dekabr
13:58

Qarabağ
KOMMENTLƏR
İcra hakimiyyətindən yarım milyon manatlıq ianə
Yaralı hərbçilərin və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
Yeni fond şəhid ailələri və qazilərin kredit borcunu həll edəcək - Detallar açıqlandı
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat