Bakı Nəqliyyat Agentliyi dayanacaq pavilyonlarında müvafiq işlərin görülməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, 530 min 421 manat 80 qəpik dəyərində olan satınalmanı BNA-nın "sevimli" şirkəti hesab olunan "MG Construction" MMC qazanıb.
Tenderin şərtlərində bildirilir ki, "MG Construction" 497 ədəd şüşə, 126 ədəd reklam panosunun tənzimləyicisi, 434 ədəd reklam panosunun işığı, 3823 ədəd şüşə tutqacı, 64 ədəd işıqlayıcı plastik lövhə və 56 ədəd dam örtüyünün plastik lövhəsi alıb, dayanacaqlarda quraşdıracaq.
Qeyd edək ki, 2018-ci ildə qeydiyyata alınan "MG Construction" MMC ötən ildən başlayaraq BNA-nın tenderlərini qazanmağa başlayıb. Şirkət indiyə qədər BNA-dan 4 tender qazanıb.
Ötən il "MG Construction"un qazandığı 920 min manat məbləğində olan tenderdə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdırmalı idi - yəni, bir yol nişanı BNA-ya 1840 manata (1082 ABŞ dolları) başa gəlmişdi...
BNA "sevimli" şirkətinə 500 min manatlıq tender verdi
22
dekabr
14:32

Qarabağ
KOMMENTLƏR
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
İsmayıllı İcra Hakimiyyətinin sevimli şirkəti - Tender oyunları...
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Ordumuzun bu gecə məhv etdiyi düşmən texnikaları - SİYAHI
Avtomobildən aksiz markası olmayan spirli içkilər tapıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat