“Mən Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulmuşam. İnsan doğulduğu, yaşadığı yerə bağlı olur. Elə gözləyirəm ki, o ərazilər minalardan təmizlənsin, gedim görüm kəndimiz nə yerdədir? İnanın Allaha ürəyim partlayır o yerləri görməkdən ötrü. Bilirəm ki, mənfur düşmən orada salamat yer qoymayıb, amma kəndimdən, evimdən nigaranam. İki mərtəbəli evim var idi, hər bir şəraitim orda gözəl idi. Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm, amma insult vurub məni, ona görə də borclu qaldım. Bu çox böyük tarixdir, buna görə cənab prezidentimizə minnətdaram”.
Bu sözləri Xalq artisti, professor Arif Babayev deyib. “Şöhrət” ordenli sənətkar moderator.az-a açıqlamasında səhhətindən də söz açıb.
“Şükür Allaha, indi yaxşıyam. Yavaş-yavaş özümə gəlirəm. Çox sağ olsun, Mehriban xanım, ömür boyu biz ona minnətdarıq. Ayaq üstə bizi saxlayan onun və cənab prezidentimizin diqqətidir. Onlara təşəkkürümü bildirirəm. Sənətkarı diqqət, qayğı yaşadır. Onların hər ikisi fəxr edilməli insandır. Xüsusi risk qurupuna daxil olduğum üçün koronovirusdan özümü çox ciddi qoruyuram. Gücüm ona çatır ki, evdən çölə çıxmayım. Bu da bir bəladır, özümüzü gərək gözləyək də. Allah bu bəlanı tezliklə üzərimizdən sovuşdursun” - deyə xanəndə bildirib.
“Demişdim ki, Ağdama sürünə-sürünə gedəcəm... ” - Arif Babayev
23
dekabr
10:28

Qarabağ
KOMMENTLƏR
“Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram” - Şahbaz Quliyevin bacısı
“Azad olunan ərazilərdə elə villalar tikməlidir ki…”
Arif Babayevdən üzücü xəbər - koronavirusa yoluxdu
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
BDU-NUN YENİ REKTORUNDAN İLK AÇIQLAMA -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat