İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur. Nəzərə alsaq ki, hazırda bütün dünya koronavirusla mübarizə aparır, bu zaman immun sistemimizi gücləndirməyə  daha çox diqqət etməliyik.  İmmun sistemi güçləndirməyin ən vacib qaydalarından biri də düzgün qidalanmaqdır.  Çünki gündəlik ehtiyacımız olan vitamin və mineralların böyük hissəsini qidalardan alırıq.
Bəs immuniteti artırmaq üçün nələr edilməlidir? Necə qidalanmaq lazımdır?
Lent.az-ın bu suallarını cavablandıran dietoloq Reyhan Cabbarlı bildirib ki, ümumiyyətlə, sağlam orqanizimə sahib olmağın yolu su içməkdən başlayır:
“Bədənimizin 60 faizə  yaxını sudan ibarətdir. Buna görə də gündə minimum 1.5-2 litr su içmək vacibdir.  Düzgün qidalanmamaq və az su qəbulu isə orqanizdaki bu faizi aşağı salır. Bunun nəticəsində metabolizma normal işləmədiyi üçün immun sistem də zəyifləyir”.
Dietoloq deyir ki, meyvə-tərəvəz yeməyi də unutmaq olmaz:
“Hər gün tərəvəz yeməkləri və ya salatlar yeyin.  Ölkəmizdə qış aylarında tərəvəzlər ilə qidalanma heyif  ki, azalır. Tərəvəzləri çiy, yaxud az zeytun yağında bişirərək yeməyə diqqət edin. Gündə 2-4 pors meyvə yeyin.  Hər yaş və hər şəxsə görə bu porsiyonun miqdarı dəyişə bilər. Ancaq  minimum 2 pors meyvə yeyilməsi məsləhətdir. Bunlar əsasən yüksək C vitamin qaynağı olan portağal, kivi, narıngi meyvələri olmalıdır”.
R.Cabbarlı bildirib ki, yeməklərinizin arasında mütləq balıq da olmalıdır:
“Həftədə 2 dəfə balıq yeyin. Mövsüm balıqlarını yağsız hazırlayıb yeyə bilərsiz. Balığın tərkibindəki doymamış yağ asidi olan omega3  sayəsində immunitet çox güclənir. Son aylarda COVID-19-dan qoruyucu diyetlərdə vazgeçilməzdən biri də balıqdır. Mövsüm balıqlarına üstünlük verməniz daha yaxşıdır. Onu da qeyd edim ki, xolesterol xəstələri də rahatlıqla uyğun porsiyonlarda yağsız bişirilmə balıq yeyə bilər”.
İmmunitetimizi gücləndirməklə bərabər orqanizimimizin sağlam fəaliyyət göstərməsini də diqqətdə saxlamalıyıq. Bunun üçün dietoloq bəzi tövsiyələr verib:
“Gündə 2-3 pors kefir və ya qatıq yeyin. Bağırsaqlar bədənimizin ikinci beynidir. Bağırsaqların tam sağlam olmasının ən vacib səbəbi isə qəbul etdiyimiz  vitamin və mineralların çoxunun  bağırsaqlar vasitəsi ilə sovrulub bədənimizə qəbul edilməsidir. Buna görə bağırsaq sağlamlığı önəmlidir. Probiyotik və prebiyotiklər bağırsaq sağlamlığında ən vacib köməkçilərimizdir. Kefir və qatıq bu nöqtədən bizə çox vacib qidalardandır. Saf şəkərli qidaları azaldın, yeməyin.  Şəkərli içkilər, şirniyyatların immun sistetimizi zəyiflətdiyini təsdiqləyən bir çox elmi məqalələr var”.
İmmun sistemini gücləndirmək üçün başqa diqqət etməli olduğumuz mövzular da var: “Fiziki aktivliyi artırmaq üçün gündə minimum 30 dəqiqə yürümüəlisiniz. D vitamini və dəmir  dəyərlərinə baxılmalı, əgər hər hansısa bir əksiklik varsa, mütləq dəstək alınmalıdır. Bu məlumatlara riyaət etsəz, koronavirusa yoluxsanız da, yüngül keçirəcəksiniz. Çünki immunitetimiz koronadan güclüdür.  Sağlam qidalanın, sağlam qalın”.скачать dle 12.1