Başa çatmaqda olan 2020-ci il dünyada koronavirla bağlı pandemiya ili kimi yadda qaldı. Pandemiya zamanı virusdan qorunmaq üçün əsas tələblərdən biri insanların tibbi maskadan istifadə etməsi ilə bağlıdır. Maskaların necə taxılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, tibbi maskaların rəngli tərəfi çölə tərəf olmalıdır, ağ tərəfi isə üzümüzə doğru taxılmalıdır: "Çünki maskanın rəngli tərəfi hidrofob, yəni su keçirməyən tərəfdir. İçəri tərəfi olan ağ hissə isə əksinə nəmi saxlayan tərəfdir. Əgər rəngli tərəfi üzə tərəf, ağ hissəni isə çölə doğru istifadə etsək onda nəm hissəyə bakteriyalar, viruslar yapışar və nəfəs alan zaman ağ ciyərlərimizə keçə bilər. Ona görə də su keçirməyən rəngli tərəf mütləq çölə doğru taxılmalıdır”.
Parça maskalara gəldikdə isə T.Rəsulova deyib ki, bu cür maskaların heç bir qoruyuculuğu, yəni tutmaq və ya buraxmaq tərəfi yoxdur: “Ona görə də parça maskaları taxmaq əksinə təhlükəli ola bilər. Çünki maskanın çöl tərəfi də nəmlənər və bakteriyalar yapışa bilər ki, bu da nəfəs alanda bakteriyanın, virusun ağ ciyərlərimizə keçməyinə səbəb ola bilər. Ona görə də parça maskalardan istifadə etmək məsləhət görülmür”. (APA)
“Parça maskalardan istifadə məsləhət görülmür” - Həkim rəyi
23
dekabr
17:01

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda bir həftə çölə çıxmağa qadağa qoyula bilər...
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər (AÇIQLAMA)
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Azərbaycanda koronavirus XƏBƏRDARLIĞI — Vəziyyət çox gərginləşə bilər - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat