Bu iki rus qardaş - Maksim Buzanov və Andrey Buzanov Bakıda dünyaya gəlmiş həmvətənlərimizdir.
Modern.az-ın məlumatına görə, Buzanov qardaşlarının hər ikisi Qarabağ müharibəsində düşmənə - ermənilərə qarşı döyüşüb.
Mayor rütbəsində olan böyük qardaş Andrey Hərbi Hava Qüvvələrimizin pilotudur. O, Ermənistan ordusunun bir çox mövqelərini bombardman edib.
Kiçik qardaş Maksim Buzanov isə Quru Qoşunlarında xidmət edir.
Qardaşlar haqqında sosial şəbəkələrdə yayılmış məlumata görə, onların ataları Dmitri Buzanov vaxtilə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.