Düz 28 il sonra Cəbrayıla, Dağ Tumas kəndinə gedib 28 yaşında dünyasını dəyişən anasının qəbrini ziyarət etdi. İllər sonra anasının məzarını görən, qardan təmizləyərək, ona sığal çəkən Xəyyam Məmmədov keçirdiyi hissləri, düşüncələrini "Xəzər Xəbər"lə bölüşüb.
Xəyyam Məmmədov dünyadan vaxtsız köçən anasının qəbrini tapıb, 28 illik həsrətinə son qoyub. Anasının ağ örpəyə bürünən məzarını əlləri ilə qardan təmizləyərək, saatlarla buz kimi qəbir daşına sığal çəkən Xəyyam deyir ki, 28 yaşında dünyasını dəyişən anasının qəbrini sonuncu dəfə 12 yaşı olanda ziyarət edib.
Anasının illər sonra qovuşduğu məzarını orada qoyub yenidən Bakıya qayıtmaq isə heç də asan olmayıb.
Azərbaycan Milli Konservatoriyasında kamança müəllimi işləyən Xəyyam Cəbrayıla icazə ilə getdiyini bildirib.
28 il sonra anasının qəbrini ziyarət etdi - Hər kəsi kövrəldən görüntü (VİDEO)
27
dekabr
11:29

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat