Gəncədə karantin rejimini pozan daha bir kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Post-patrul Xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elmar Tanrıverdiyevlə bərabər 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb.
Bundan başqa kafenin müştərisi Ələkbər Hüseynov üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilmiş və əl çantasından çəkisi 3.66 qram çəkidə narkotik vasitə olan “Tiryək” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Karantin rejimini pozan kafe aşkarlanıb
27
dekabr
12:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat