“MTV Azərbaycan" kanalında çox ciddi nöqsana yol verib.
Yenisabah.az xəbər verir ki, bu gün saat 15:00 radələrində "MTV Azərbaycan" kanalında ABŞ istehsalı olan "Evdə tək" filmi yayımlanıb. Film Azərbaycan dilinə tərcümə edilməyib və rus dilində yayımlanıb. Filmdə hətta subtitrlər də olmayıb. Bu isə qanun pozuntusudur.
Belə ki, 2007-ci il martında Milli Teleradio Şurası Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci ilin yanvarın 1-dən əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadagan olunmasına dair qərar çıxarıb. Teleradio Şurası qərarında qeyd edib ki, 2008-ci ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək.
Dövlət dilinin qorunması və inkişafı ilə bağlı qanunla yanaşı, "Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"nda əcnəbi ölkələrdə istehsal olunan filmlərin Azərbaycan dilinə tərcümə olunması ilə bağlı bənd var və işin icrası birbaşa Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. скачать dle 12.1