Cəbrayıl uğrunda gedən acıq döyüşlərdə işğalçı ordunun bir neçə canlı qüvvəsini məhv edən və özü də ağır yaralanan Emil İsmiyevi xilas etmək mümkün olmayıb. İgid döyüşçü şəhidlik zirvəsinə yüksəlib. Ölümündən əvvəl qol saatını açaraq komandirinə verib və onu anasına çatdırmağı xahiş edib. Dəfn zamanı komandiri cəsur əsgərin son istəyini yerinə yetirib: qol saatını şəhidin anası Ofelya xanıma verib.
Söhbət Ağdaşdan olan şəhid əsgər Emil Elman oğlu İsmiyevdən gedir. Emil 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 22-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatının ilk günlərindən o, ön cəbhədə döyüşüb. Cəbhənin Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşub və Vətənə layiq bir əsgər kimi şəhid olub.
Ailədə Emildən sonra onun atası, anası və bir qardaşı qalıb. Qardaşı Məhəmmədiyyə də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmək istəyib lakin icazə verilməyib. (Azərtac)
Qol saatını anasına göndərən şəhid əsgər
02
yanvar
10:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat