Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.
ƏƏSMN-dan bildirilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib. Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda savaşda növbəti dəfə yaralanıb.
Hazırda müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır. Ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb.
Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ikiotaqlı mənzil alınıb. Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək.
Qeyd edək ki, bundan əvvəl Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşmüşdü. Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.
Yaralı qazimizə ikiotaqlı mənzil verildi
02
yanvar
13:30

Qarabağ
KOMMENTLƏR
Qazimizin atası və qardaşı işlə təmin edildi
Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
Vətən Müharibəsində qazi, şəhid olanlara saxta “mənzil qayğısı”... - İTTİHAM
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar