Azərbaycanda zaman-zaman aydı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı kobud davranışların, onlara qarşı haqsız münasibətlərin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir az da olsa vicdanı olan məmurların bu davranışı dəyişəcək. Onlara qarşı haqsızlıq edənlərin sayında kəskin azalma olacaq, hüquq-mühafizə orqanları belə məmurları vaxtında cəzalandıracaq.
Video Masallı rayonunda çəkilib. Kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşır. O, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.
Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir. Karona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.
Video hazırda Azərbaycanda şəhid ailələrinə qarşı olan ümumi münasibəti təbii ki, əks etdirmir. Amma çox təssüflər olsun ki, uzun illər eyni vəzifə tutan məmurlar özlərini prezident İlham Əliyevin ifadə etdiyi kimi “xan kimi” aparırlar. Hətta belə həssas bir dönəmdə də onlar az da olsa insanlıq nümayiş etdirmir və bununla da xalqı hakimiyyətdən narazı salırlar.
Masallı rayon İcra Hakimiyyətinin, aidiyyatlı dövlət qurumlarının şəhid atasının problemi ilə maraqlanacağını, kobudluq edən bələdiyyə sədrinə lazımı cəza veriləcəyini ümid edirik.
Yenisabah
Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...”
04
yanvar
11:08

Qarabağ
KOMMENTLƏR
Bələdiyyə sədri koronavirusa yoluxdu
Bələdiyyə sədrinə cinayət işi açıldı
Bu rayonun bələdiyyə sədrinə cinayət işi açıldı
MSK sədri: "Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat