Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayon sakini, Vətən Müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə ilə görüşüb.
Komitə sədri deyib ki adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub: "Xudayar Azərbaycan Respublikasının ali ordenlərindən olan "Azərbaycan Bayrağı"na layiq görülüb.
Qəhrəman şəhidimiz həmçinin “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Artıq məşhur "Vətən yaxşıdır" mahnısı əsasında, sənətçilərimiz tərəfindən Xudayarın şərəfinə "Xudayar təsnifi" hazırlanaraq yayılıb.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid ailələrinin üzvlərisiz.
Sizə çox minnətdarıq!
Sizi, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimizi yetirirəm"!
Q.Paşayeva M.Yusifzadəyə üzərində "Şuşa Azərbaycandır" yazılmış qol saatı hədiyyə edib. Həmçinin,
Mədəniyyət Komitəsi adından,
şəhidin anası Radə xanım Qurbanovaya ünvanlanmış Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatını M.Yusifzadəyə
təqdim edib.
M.Yusifzadə səmimi görüş üçün təşəkkür edib.
Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
04
yanvar
13:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat