"Alibaba Group"un təsisçisi Cek Ma itkin düşdükdən sonra onunla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. 
 2014-cü ildə Çindən qaçaraq ölkədəki korrupsiya iddialarının detallarını ortaya çıxaran Qu Venqui 2019-cu ildə maliyyə videokanalı olan "Real Vision"a açıqlama verib. Bu zaman o Cek Manın gələcəkdə öldürüləcəyini və ya həbsə atılacağını proqnozlaşdırıb. 
Venqui Çində bütün milyarderlər üçün həbs və ya ölüm kimi iki seçimin olduğunu vurğulayıb. 
Xatırladaq ki, Cek Ma ötən ilin oktyabr ayında dövlət banklarının kəskin şəkildə tənqid etdikdən sonra yoxa çıxıb. Bundan sonra "Alibaba Group"a qarşı istintaq başladılıb. скачать dle 12.1