Daha bir Çin – Avropa yük qatarı dünən ölkənin şərqindəki Jecianq əyalətinin Tzinhua şəhərindən Bakıya doğru yola düşüb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, qatara vurulan 100 TEU (20 futa bərabər yük vahdi) yüklər arasında elektrik cihazlar, metal məmulatlar və ev əşyaları var. Qatarın 15-18 gün ərzində Bakıya çatacağı güman edilir ki, bu da əvvəlki həm quru, həm də dəniz nəqliyyatı ilə daşıma müddətin üçdə ikisi qədərdir.
Bütövlükdə 12 Çin – Avropa marşrutunun keçdiyi Tzinghua stansiyasından indiyədək Çin – Avropa istiqamətli 210 yük qatarı ilə 17 286 TEU müxtəlif yüklər yola salınıb.
Xatırladaq ki, 2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın “ÖBB Rail Cargo Group”u (Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti) və Niderlandın “Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.
Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.
Çindən daha bir yük qatarı Azərbaycana yola salındı
11
sentyabr
13:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat