“Bizə xəstəxanada ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmirdim, ancaq sözümlə təsir edirdim. Mən onlara dedim ki, dustağın yeməyini oğurlayıb evinizə aparırsınız. Ermənilərə dedim ki, Azərbaycan Ordusunda əsgərin nəyinəsə dəymək mümkün deyil. Mənə dedilər ki, sən nə qədər maaş alırsan. Biri gəldi ki, bəs kapitan nə qədər maaş alır? Dedim ki, 1200 dollar. Bunu eşidən zaman sualı verən pərt olub getdi.
Onlar mənə işgəncə verirdilər. Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi de. İstəyirsən, o birini gözünü də çıxarım? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər spirti dərimizin altına vurmuşdular ki, qolumuz qapqara idi”, - o bildirib.
"Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar” - Əsirlikdən qayıdan hərbçi
05
yanvar
14:55

Qarabağ
KOMMENTLƏR
“Bizə heç su da vermirdilər” - Əsirlikdən qayıdan azərbaycanlı
Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular - Erməni əsrliyində olmuş hərbçi
Azərbaycanda və Ermənistanda əsirlikdə olanların sayı AÇIQLANDI
Əsirlikdən dönən gizirimiz ermənilərin ona verdiyi işgəncələrdən danışdı: “Huşumu itirənə qədər...
"Ştutqart" Mağazalar Şəbəkəsi müştəri məmnuniyyətindən söhbət belə gedə bilməz... - GİLEY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat