Erməni əsirliyində olmuş azərbaycanlı hərbi qulluqçuların iştirakı ilə bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib ki,Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində düşmən məğlub edilib:
“Şəhidlərimizin qanı yerdə qalmayıb və qisası alınıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilir. Üçtərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. İndiyədək Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs - 33 hərbçi və 25 mülki şəxs geri verilib. Azərbaycanda hələ 5 erməni əsilli 2 hərbçi və 3 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki Azərbaycan vətəndaşı saxlanılır. Həmin şəxslər barədə isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib”.
Daha sonra çıxış edən erməni əsirliyində olmuş azərbaycanlı hərbi qulluqçular ermənilərin onlara verdikləri işgəncələr, məruz qaldıqları qeyri-insani davranışlarla bağlı çıxışlar ediblər.
Sonda isə erməni əsirliyində olmuş azərbaycanlı hərbi qulluqçular jurnalistlərin suallarını cavablandırıblar.
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
05
yanvar
15:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat