Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.
Bu barədə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov məlumat verib. Yaxın günlərdə ölkəmizə mexaniki "Bojena" maşınları, eləcə də xüsusi dronlar - pilotsuz uçan aparatlar gətiriləcək.
"Bizdə beşinci nəsil "Bojena"lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək bəzi parametrləri əlavə etmələrini istəmişik", - İsmayılov deyib.
PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.
Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb.
Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir. / "Sputnik Azərbaycan"
Azərbaycan xüsusi dronlar alır - RƏSMİ
06
yanvar
09:20

Qarabağ
KOMMENTLƏR
Ağdam, Füzuli və Cəbrayılın minalardan təmizlənməsinə başlanıldı
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək
Azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir - ANAMA
Xudafərin ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb - RƏSMİ
Ağdam yolu minalardan təmizlənir - FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat