Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun hələ də Şuşaya getməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Şuşada hüquq mühafizə orqanlarının və digər dövlət qurumlarının fəaliyyətə başladığını bildirən sosial şəbəkə istifadəçiləri icra başçısını tənqid atəşinə tutublar.
Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev icra başçısının orada olmasının vacib olduğunu qeyd edib:
“Bilirsiniz, Şuşanın icra başçısı özbaşına deyil ki, durub ora getsin. Gərək ona desinlər ki, o da getsin. İkincisi, bizdə olan məlumata görə, həmin ərazilərdə təmizləmə işləri gedir. Amma getsə daha yaxşı olar. Əsas olan məsələ Xankəndidir. Biz təklif vermişik ki, Xankəndi və qonşu rayonlar birləşdirilsin, yeni struktur yaradılsın. Bir quberniya, ya nəsə yaradılsın və digər rayonlar da onun tərkibinə birləşdirilsin”.
Partiya sədri Xankəndi şəhərinin meri olmaq istəydiyini növbəti dəfə təkrarlayıb:
“Xankəndinin mer məsələsini qaldıraq, şəxsən mən ora mer getmək istəyirəm. Ölkə başçısına müraciət etmişik ki, biz Xankəndidə mer olmaq istəyirik. Əsas bu məsələyə güc qoymaq lazımdır. Şuşa, Ağdam, Füzuli onsuz da bizimdir. Oralar minalardan təmizləndikdən sonra onsuz da gediləcək. Biz çalışmalıyıq ki, Xankəndiyə, Xocalıya köçək, əsas diqqəti bura yönəltmək lazımdır, dünya görsün ki, Xankəndinin meri var. Mən getmək istəyirəm, ermənicə bilirəm, İrəvanda böyümüşəm və s. Hər halda sərəncam verilsə, gedəcəyik, daha sonra qonşu rayonların icra başçılarını da dəvət edəcəyik. Çalışacayıq ki, birlik yaradaq, müəyyən bir struktur olsun və oradan idarə olunsun. Bu baxımdan, bütün gücümüzü Xocalı və Xankəndi ərazisinə qoymalıyıq. İmkan vermək olmaz ki, Xankəndində bu qədər erməni gəlib məskunlaşsın, xaricdən olan erməniləri gətirib yığırlar Xankəndinə və buna görə biz narahat oluruq. Ona görə də mən fərmanı gözləyirəm”.
“Şuşanın icra başçısı özbaşına deyil“ - Hafiz Hacıyev
07
yanvar
12:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat