“Ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə, bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq.
Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də, birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik”.
Bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq:
“Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər - istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır”, - deyə İ.İbrahimova qeyd edib.
“Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də, birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”, - deyə o qeyd edib.
İradə İbrahimovadan “pinqvin” torba istehsalçı və istehlakçılarına ÇAĞIRIŞ
07
yanvar
14:23

Qarabağ
KOMMENTLƏR
Polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur
DİQQƏT! Cəriməsi 1000 manat olan qadağa qüvvəyə mindi
Bu şəxslər 5 000 manatadək cərimələnəcək – Qərar verildi
Polietilen torbalar və plastik stəkanların satışı qadağan edilir
Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar